Dimitar Berbatov federasiya prezidenti olmaq istəyir

11:05 28 Aprel 2021

Bolqarıstan millisinin sabiq üzvü Dimitar Berbatov federasiya prezidenti olmağa hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında Bolqarıstan Futbol Federasiyasının prezident seçkilərinə qatılacağını bildirib. Seçkilər iyunun 25-də Sofiyada keçiriləcək.

 

Qeyd edək ki, Bolqarıstan millisinin ən yaxşı bombardiri (48 qol) olan Berbatov klub karyerası dövründə “Bayer”, “Mançester Yunayted”, “Tottenhem”, “Monako” kimi komandalarda oynayıb. Hazırda 40 yaşı olan sabiq hücumçu peşəkar futbolçu karyerasını 2019-cu ildə başa vurub.


Xəbər xətti