“Dinamo”nun sabiq futbolçusu yoxa çıxıb

13:01 28 Aprel 2021

Ukraynanın “Dinamo” (Kiyev) klubunun sabiq futbolçusu Yaroslav Dumanski itkin düşüb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Ukrayna hüquq-mühafizə orqanlarının yaydığı rəsmi məlumatda bildirilir. 61 yaşlı keçmiş yarımmüdafiəçi aprelin 20-də İvano-Frankovsk şəhərində yaşadığı evdən çıxıb və bir daha qayıtmayıb. Onun yoxa çıxması barədə ərizə ilə polisə anası müraciət edib. Axtarışlara idarənin şəxsi heyəti cəlb olunub.

 

Qeyd edək ki, Yaroslav Dumanski Ukraynanın "Karpatı", "Metallist", "Prikarpatye" və Rusiyanın "Dinamo" (Moskva) komandalarının da formasını geyinib. O, futbolçu karyerasını 1990-cı ildə başa vurub.


Xəbər xətti