“İdman”TV-də “Mərkəzi xətt”in növbəti buraxılışı efirə gedib.
Sportarena.az xəbər verir ki, Nurlan Hacıyevin aparıcısı olduğu verliş bu dəfə də kifayət qədər maraqlı alınıb. Onun qonaqları – Xaqani Məmmədovla Tərlan Əhmədov Premyer Liqanın 24-cü turunun nəticələrini, xüsusən «Sabah» - «Neftçi» görüşündə (2:2) yaşanan qalmaqalı geniş müzakirə edib.