Futbol üzrə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən “Real” (İspaniya) – “Çelsi” (İngiltərə) matçının ən yaxşı oyunçusu məlum olub.
Sportarena.az xəbər verir ki, bu, “Çelsi”nin yarımmüdafiəçi Nqolo Kantedir. Fransalı futbolçu “Real”la matçda 6 uğurlu driblinqlə yadda qalıb.
“Real” – “Çelsi” matçı qollu bərabərliklə bitib – 1:1. Komandalar arasındakı cavab oyunu mayın 5-də, Londonda keçiriləcək.