"Real"ın futbolçusu Kərim Benzema Çempionlar Liqasının tarixinə düşüb.
Sportarena.az xəbər verir ki, 34 yaşlı hücumçu "Çelsi" ilə görüşdə (1:1) buna nail olub. Komandasını məğlubiyyətdən xilas edən qolu vuran futbolçu turnirində 71-ci dəfə fərqlənməklə Madrid klubunun keçmiş futbolçusu Raul Qonsalesə çatıb.
Bu göstəricidə Kriştiano Ronaldu (134), 1-ci, Lionel Messi (120) 2-ci, Rovert Levandovski (73) 3-cüdür. Benzema və Raul isə 4-5-ci yerləri bölüşdürür.