“Sumqayıt” və “Keşlə” finalda – YENİLƏNİB

22:30 29 Aprel 2021

Bu gün futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, günün ilk matçında “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sumqayıt”ı qəbul edəcək. Komandalar arasında Sumqayıtda baş tutan ilk görüş qolsuz bərabərliklə bitib. “Qarabağ” finala yüksəlmək üçün ancaq qələbə qazanmalıdır. Ayxan Abbasovun rəhbərlik etdiyi “Sumqayıt”a isə istənilən qollu heç-heçə və qələbə sərf edir.

 

Yarımfinalın digər görüşündə “Zirə” “Keşlə”ni qəbul edəcək. Komandalar arasında “ASK Arena”da keçirilən ilk görüşdə “Zirə” 2:1 hesablı qələbə qazanıb.

 

Azərbaycan kuboku

Yarımfinalın cavab oyunları

29 aprel

 

20:00.“Zirə” – “Keşlə” - 2:3
Qollar: Şəhriyar Əliyev, 48-avtoqol (1:0), Sezar Meza Kolli, 66 (1:1), 90-pen. (1:2), 92 (1:3), Klesio Bauk, 111 (2:3)
Qırmızı vərəqə: Lazar Corceviç, 88
İlk oyun - 2:1
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu
 

 

17:00.“Qarabağ” – “Sumqayıt” - 0:0 (Penaltilər - 4:5)

İlk oyun - 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu


Digər xəbərlər

Xəbər xətti