Türkiyə çempionatı: “Qalatasaray”la “Beşiktaş”dan qələbə

10:54 29 Aprel 2021

Futbol üzrə Türkiyə Super Liqasında 38-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub. “Kayserispor” doğma meydanda “Dənizlispor”la qarşılaşıb. Doqquz qolun qeydə alındığı oyunda meydan sahibləri darmadağına seviniblər. “Göztəpə” – “Trabzonspor” və “Fatih Karagümrük” – “Antalyaspor” oyunlarında qalib müəyyənləşməyib.

 

“Qalatasaray” bu turda “Konyaspor”u qəbul edib. İstanbul təmsilçisi doğma meydanda minimal hesabla qalib gəlib. Lider “Beşiktaş” isə “Rizəspor” səfərindən qələbə ilə dönməyi bacarıb.

 

Türkiyə Super Liqası

38-ci tur

 

Göztəpə – Trabzonspor 1:1

Qol: Yahoviç, 45+1 – Ekuban, 88.

 

Fatih Karagümrük – Antalyaspor 2:2

Qol: E.Albayrak, 13-öz qapısına. Borini, 24 – Fredi, 4. Amilton, 90+3.

 

Kayserispor – Dənizlispor 6:3

Qol: İ.Parlak, 18; 60. Avramovski, 26; 45+4. N.Paz, 51. M.Okutan, 90+4 – A.Sağal, 31. Mesanoviç, 81. S.Aytac, 90.

 

Qalatasaray – Konyaspor 1:0

Qol: E.Akbaba, 87.

 

Rizəspor – Beşiktaş 2:3

Qol: İ.Köybaşı, 87. Djokoviç, 89 – Nkudu, 16. G.Töre, 57. Gezzal, 75.


Digər xəbərlər

Xəbər xətti