Qadın güləşçilər Bakıda məşqləri davam etdirir - VİDEO

13:07 29 Aprel 2021

Qadın güləşi üzrə Azərbaycan yığması Bakıda məşqləri davam etdirir.

 

Sportarena.az xəbər verir ki, Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçən millimiz qarşıdan gələn Dünya Olimpiya Təsnifat turnirinə son hazırlıq prosesini həyata keçirir.

 

Komanda baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında taktiki-texniki məşqlərdə iştirak edir. Fiziki hazırlıq üzrə məşqlər isə bu sahə üzrə mütəxəssis olan Mark Alan Filippinin nəzarəti altında keçirilir.

 

Qeyd edək ki, qadın güləşçilərimiz mayın 3-də Bolqarıstana yollanacaq. Sofiyada keçiriləcək lisenziya yarışında 53, 57, 62, 68 və 76 kq-da çıxış edən güləşçilərimiz Olimpiya Oyunlarına vəsiqə qazanmağa çalışacaq. Qadın güləşçilər Dünya Olimpiya Təsnifat turnirində mayın 7-8-də mübarizə aparacaq. 

 

 


Xəbər xətti