Polşa çempionatında bu mövsümün qalibi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, bu, "Legiya"dır. Komanda ən yaxın izləyicisi "Rakuv"a səfərdə 0:0 hesablı heç-heçə edib. Bununla da Varşava təmsilçisi çempionatın bitməsinə 3 tur qalmış "Rakuv" və "Poqon"u 9 xal qabaqlayaraq 1-ci yeri təmin edib. Yekunda xallar bərabər olsa belə, "Legiya" əlavə göstəricilərdə rəqiblərini qabaqlayacaq.
Beləliklə, Varşava təmsilçisi ardıcıl 2-ci, tarixində 15-ci dəfə ölkə çempionu olub.