"Futbolçulara irad bildirmək istəmirəm" - Qurban Qurbanov

22:56 29 Aprel 2021

"Rəqibi təbrik edirəm. Sürət çox olmasa da, sonluq maraqlı alındı. Futbolçularımdan razı qaldım".
 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinalının "Sumqayıt"a penaltilərdə uduzduqları cavab matçından sonra mətbuat konfransında deyib.


- Son vaxtlar çox yüklənmişik. Futbolçulara irad bildirmək də istəmirəm. Çox əziyyət çəkirlər. Qarşıda vacib oyunlarımız var. Onları bu oyunlara hazırlamalıyıq.
 

 

- Penalti seriyasında Mahir özü vurmaq istəmədi, yoxsa necə?

- Əvvəlcədən yazmışdıq. Şahruddini də 8-ci yazmışdım. 9 olsaydı, Mahir vuracaqdı.
 

 

- Mahir və Zubir nə üçün ilk dəqiqələrdən meydanda deyildi?

- Mahir zədədən yeni qayıdıb. Bu gün o 30 dəqiqə oynaya bilərdi. Əlavə vaxtların onun üçün artıq olacağını düşünürdüm. 60 dəqiqəyə yaxın oynadı. Bəzi oyunçuları qoruyub saxlamalı idik. Bəzi oyunçular var idi ki, istəməzdim bu gün 90 dəqiqə meydanda qalsınlar.

 

- Şahruddinin zədəsi tam sağlamışdı, yoxsa oynamasını özü xahiş etdi?

- Bizdə xahişlə oynamırlar. Hazırlığı pis deyildi, məşqlərini edirdi. Onun uzun müddət kənarda qalmasını istəmirdim.

 

- Rəqibin bu qədər müdafiədən oynamağını gözləyirdiz?

- İki variant var idi. Ya ilk oyundakı kimi oynayacaqdılar, ya da öz sistemləri ilə. Düşünürdüm ki, əsas heyətlə çıxıb, qol vurmağı düşünərlər. Gözlədiyim iki variantdan birincisi oldu. 


Digər xəbərlər

Xəbər xətti