“Barselona” liderlik şansını əldən verdi

00:14 30 Aprel 2021

Futbol üzrə İspaniya La Liqasında 33-cü turdan təxirə salınmış daha bir oyun keçirilib.

 

Sportarena.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Barselona” doğma meydanda “Qranada” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı bu oyunda Kataloniya təmsilçisi gözlənilməz məğlubiyyətlə üzləşib. Halbuki, qalib gələcəyi halda “Barselona” vahid liderə çevriləcəkdi. Amma sözügedən kollektiv bu şansdan yararlana bilməyib.

 

Bu məğlubiyyətdən sonra “Barselona” 71 xalla 3-cü pillədə qalıb. Eyni xala malik “Real” ikinci, 73 xalı olan “Atletiko” isə vahid liderdir. “Qranada” da 45 xalla 8-ci pillədə qərarlaşıb.

 

 

İspaniya La Liqası

33-cü turun oyunu

 

Barselona – Qranada 1:2

Qol: Messi, 23 – Maçis, 63. Molina, 79.


Digər xəbərlər

Xəbər xətti