Çempionlar Turu: Şəhriyar Məmmədyarov yarımfinala uğursuz başlayıb

10:50 30 Aprel 2021

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində ilk yarımfinal görüşləri keçirilib.

 

Sportarena.az xəbər verir ki, turnirdə mübarizəni davam etdirən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu mərhələdə ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşıb. O, ilk oyun günündə 1:3 hesabı ilə uduzub. Yarımfinal digər görüşündə Maqnus Karlsen Levan Aronyanla (Ermənistan) heç-heçə edib - 2:2.

 

Qeyd edək ki, yarımfinalın ikinci oyun günündə Şəhriyar Nakamura ilə daha 4 oyun keçirəcək.

 

 

Yarımfinalın ilk günündə qeydə alınan nəticələr

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Hikaru Nakamura (ABŞ) - 1:3 (0:1; 1:0; 0:1; 0:1)

Maqnus Karlsen (Norveç) - Levon Aronyan (Ermənistan) - 2:2 (0,5:0,5; 0,5:0,5; 1:0; 0:1) 


Digər xəbərlər

Xəbər xətti