Azərbaycan kubokunun final görüşünün məkanı dəqiqləşib.
Sportarena.az xəbər verir ki, “Sumqayıt” və “Keşlə” arasında baş tutacaq həlledici oyun Masazırda keçiriləcək. Qarşılaşma mayın 24-də “Bank Respublika” stadionunda baş tutacaq.
Qeyd edək ki, “Sumqayıt” yarımfinalda “Qarabağ”ı, “Keşlə” isə “Zirə”ni mübarizədən kənarlaşdırıb.