Yunan-Roma güləşçilərimiz Dünya Olimpiya Təsnifat turnirinə hazırlaşır

14:21 30 Aprel 2021

Yunan-Roma güləşi üzrə millimiz Dünya Olimpiya Təsnifat turnirinə hazırlığı davam etdirir.

 

Sportarena.az xəbər verir ki, aprelin ilk yarısında Göygöldə fiziki hazırlıq üzrə təlim-məşq toplanışı keçən yığmamız ayın ikinci yarısında Bakıda taktiki-texniki çalışmalara üstünlük verib.

 

Mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək sonuncu lisenziya yarışına hazırlıq xarakteri daşıyan məşqlər baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçilər Akif Əliyevlə Həsən Əliyevin rəhbərliyi altında keçirilir.

 

Qeyd edək ki, komandamız mayın 6-da Bolqarıstana yollanacaq. Güləşin bu növü üzrə mübarizə mayın 8-9-da baş tutacaq. Millimiz Dünya Olimpiya Təsnifat turnirində 60, 67, 77, 97 və 130 kq-da Olimpiadaya lisenziya qazanmağa çalışacaq.


Digər xəbərlər

Xəbər xətti