Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.
Sportarena.az xəbər verir ki, bu ada İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi N Qolo Kante layiq görülüb. O, “Real”dan Kərim Benzema, “Mançester Siti”dən Kevin de Brüyne və PSJ-dən Anxel di Mariyanı qabaqlayıb.
30 yaşlı fransalı oyunçunun İspaniyada "Real Madrid"lə 1:1 hesablı heç-heçə etdikləri matçda ötürmələrinin 86 faizi dəqiq alınıb.