Türkiyəli nazir Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verdi

10:13 1 May 2021

Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu azərbaycanlı həmkarı Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.

 

Sportarena.az xəbər verir ki, Kasapoğlu bununla bağlı şəxsi tvitter səhifəsində paylaşım edib.

 

"Azərbaycanın Gənclər və idman naziri, dostum Azad Rəhimovun vəfatını üzüntü ilə öyrəndim. Cənab Rəhimov ölkələrimiz arasındakı əlaqələrin inkişafına hər zaman töhfə verib. Dəyərli qardaşıma Allahdan rəhmət, ailəsinə səbr diləyirəm. Azərbaycanın və ölkəmizin başı sağ olsun", deyə nazir baş sağlığı verib. 

 

Qeyd edək ki, Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. 


Digər xəbərlər

Xəbər xətti