Almaniya kubokunda ilk finalçı müəyyənləşib.
Sportarena.az xəbər verir ki, bu, "Leyptsiq"dir. Komanda yarımfinalda "Verder"lə qarşılaşıb. Görüşün əsas vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Yekunda 2:1 hesabı ilə qalib gələn komanda finala yüksəlib.
Qeyd edək ki, "Leyptsiq" həlledici matçda "Borussiya" (Dortmund) - "Holşteyn Kil" cütünün qalibi ilə qarşılaşacaq.
"Verder" - "Leyptsiq" - 1:2
Qollar: Çan, 93 (0:1), Bittenkort, 105+1 (1:1), Forsberq, 120+1 (1:2)