Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində yarımfinala yekun vurulub.
Sportarena.az xəbər verir ki, bu mərhələnin cavab görüşündə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. İlk görüşdə uduzan qrossmeysterimiz ikinci qarşılaşmada 3:0 hesablı qələbə qazanıb. Buna görə də qalib tay-brekdə müəyyənləşib. Burada 1:2 hesabı ilə uduzan Məmmədyarov finala çıxmaq şansını əldən verib.
Digər finalçı isə Ermənistan təmsilçisi Levon Aronyana qalib gələn Maqnus Karlsen olub. Məmmədyarov Aronyanla 3-cü yer uğrunda qarşılaşacaq.
Yarımfinal, cavab görüşləri
Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0:3 (Tay-brekdə - 2:1)
İlk görüş - 3:1
Levon Aronyan (Ermənistan) - Maqnus Karlsen (Norveç) - 1:3
İlk görüş - 2:2