Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində bu gün final mərhələsinin və 3-cü yer uğrunda ilk görüşlər keçiriləcək.
Sportarena.az xəbər verir ki, yarımfinalın tay-brekində ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3-cü yer uğrunda Levon Aronyanla (Ermənistan) qarşılaşacaq. Final görüşündə isə Karlsenlə Nakamura üz-üzə gələcək.
Final və 3-cü yer uğrunda görüşlər 2 gün (hər gün 4 oyun) davam edəcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.
Final
Maqnus Karlsen (Norveç) - Hikaru Nakamura (ABŞ)
3-cü yer uğrunda görüş
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Levon Aronyan (Ermənistan)