Neymar ən yaxşı braziliyalı futbolçu seçildi

15:03 1 May 2021

2020-ci ilin yekunlarına əsasən Avropada oynayan ən yaxşı braziliyalı futbolçu məlum olub.

 

Sportarena.az xəbər verir ki, azarkeşlər, keçmiş futbolçular və baş məşqçilər arasında keçirilən sorğuda PSJ-nin futbolçusu Neymar qalib olub. 29 yaşlı futbolçuya “Samba Gold” mükafatı verilib.

 

Neymar karyerası ərzində 4-cü dəfə bu mükafatı qazanıb. Hücumçu daha əvvəl 2014, 2015 və 2017-ci ildə Avropada oynayan ən yaxşı braziliyalı futbolçu seçilmişdi.

 

“Samba Gold”u ötən il “Liverpul”dan Alisson Bekker qazanmışdı. 


Xəbər xətti