İspaniya çempionatı: "Atletiko" minimal hesabla qalib gəldi

21:32 1 May 2021

"Atletiko" La Liqada növbəti matçına çıxıb.

 

Sportarena.az xəbər verir ki, Madrid təmsilçisi 33-cü turda "Elçe" ilə qarşılaşıb. Görüş "Atletiko"nun minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 23-cü dəqiqədə Markos Llorente vurub.

 

Qeyd edək ki, "Atletiko" hazırda turnir cədvəlində 73 xalla liderdir. "Elçe" isə 30 xalla 18-cidir.


Xəbər xətti