İtaliya çempionatı: “İnter”in çempionluğu rəsmiləşdi

Sportarena.az      3 May 2021 , 01:00

İtaliya A seriyasında 2020-2021 mövsümünün qalibi bəlli olub.
 

Sportarena.az xəbər verir ki, "İnter" sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib. Bu, 34-cü turda keçirilən "Sassuolo" - "Atalanta" matçından (1:1) sonra dəqiqləşib. "Atalanta"nın xal itirməsi və lider "İnter"lə xal fərqinin 13 olması yarışın qalibini müəyyənləşdirib.

 

Qeyd edək ki, "İnter" 11 ildən sonra növbəti dəfə çempion adını qazanıb. Bu, Milan təmsiççisinin ümumilikdə 19-cu çempionluğudur. Son 9 mövsümdə isə "Yuventus" yarışın qalibi olurdu.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin