“Neftçi” "Keşlə"ni, “Səbail” “Qəbələ”ni məğlub etdi - YENİLƏNİB

22:16 3 May 2021

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.Turun açılış matçında “Keşlə” və “Neftçi” komandaları üz-üzə gəlib. Günün digər oyunu isə “Səbail”lə “Qəbələ” arasında baş tutub.

 

Turun qalan 2 oyunu sabah keçiriləcək. “Qarabağ” “Zirə”ni, “Sumqayıt” isə “Sabah”ı qəbul edəcək.

 

Azərbaycan Premyer Liqası

25-ci tur

3 may

 

18:00. “Keşlə” – “Neftçi”  0:3

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.

Bakı. “ASK Arena”.

 

20:15. “Səbail” – “Qəbələ”  1:0

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev.

“ASCO Arena”. 


Digər xəbərlər

Xəbər xətti