Azərbaycanlı futbolçuların komandası yenə xalsız qaldı

Sportarena.az      3 May 2021 , 13:04

Futbol üzrə Ukrayna Premyer Liqasında 24-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi “Minay” da növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə “Zarya” ilə qarşılaşıb. “Minay” bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

 

Bir neçə gün öncə zədələnən və bu mövsüm bir daha meydana çıxmayacağı dəqiqləşən Nuriyev bu görüşün iştirakçısı olmayıb. Rüstəm isə start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

 

“Minay” 24 turdan sonra 18 xalla 14 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin