“Ayaks” 35-ci dəfə çempion oldu

14:00 3 May 2021

Niderland Erediviziyasında mövsümün qalibi məlum olub.

 

Sportarena.az xəbər verir ki, 35-ci turda “Emmen”i 4:0 hesabıyla məğlub edən “Ayaks” sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib. 35 turdan sonra xallarının sayını 89-a yüksəldən “Ayaks” ən yaxın izləyicisi PSV-ni 14 xal qabaqlayaraq, çempion olub.

 

Amsterdam təmsilçisi klub tarixində 35-ci dəfə Erediviziyanın qalibi adını qazanıb.


Digər xəbərlər

Xəbər xətti