İngiltərə çempionatı: “Tottenhem”lə “Arsenal”dan qələbə

14:10 3 May 2021

Futbol üzrə İngiltərə Premyer Liqasında 34-cü turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, səfərdə “Nyukasl”la qarşılaşan “Arsenal” turu inamlı qələbə ilə başa vurub. “Tottenhem” isə doğma meydanda autsayder “Şeffild Yunayted”ə böyük hesabla qalib gəlib.

 

Bu gün keçirilməsi nəzərdə tutulan “Mançester Yunayted” – “Liverpul” matçı isə baş tutmayıb. Buna Mançesterdə yerli komandanın fanatları tərəfindən təşkil olunan etiraz aksiyaları və ixtişaşlar səbəb olub. Nəticədə lider “Mançester Siti”nin çempionluğu bir qədər ertələnib. Halbuki, “qırmızı şeytanlar” son çempionla oyunda xal itirsəydilər, “şəhərlilər”in bu mövsümün qalibi olması rəsmiləşəcəkdi.

 

İngiltərə Premyer Liqası

34-cü tur

 

Nyukasl – Arsenal 0:2

Qol: Elneni, 5. Obameyanq, 66.

 

Mançester Yunayted – Liverpul matçı təxirə salınıb

 

Tottenhem – Şeffild Yunayted 4:0

Qol: Beyl, 36; 61; 69. Son, 77. 


Digər xəbərlər

Xəbər xətti