"Çelsi" - "Real" matçı italiyalılara tapşırıldı

14:47 3 May 2021

Çempionlar Liqasının yarımfinalında keçiriləcək "Çelsi" - "Real" matçına hakim təyinatları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, görüşü Daniele Orsatonun rəhbərlik etdiyi İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Ona yan xətt köməkçiləri qismində Alessandro Callatini və Fabiano Pretti kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə David Massa yerinə yetirəcək. VAR hakimi Marko Quida olacaq.

 

Qeyd edək ki, mayın 5-də keçiriləcək sözügedən qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti