La Liqa klubu baş məşqçisi ilə vidalaşdı

Sportarena.az      3 May 2021 , 16:31

İspaniyanın “Valensiya” klubu baş məşqçisi Xavi Qrasiya ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə La Liqa təmilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə baş məşqçiyə fəaliyyəti dövründəki xidmətlərinə görə təşəkkür edən klub, ona gələcək karyerasında uğurlar arzulayıb.

 

“Valensiya” bundan sonra əsas komandaya müvəqqəti olaraq Salvador Qonsalesin rəhbərlik edəcəyini də bildirib.

 

Xatırladaq ki, Xavi Qrasiya 2020-ci ilin iyulundan “Valensiya”ya rəhbərlik edirdi. Komanda bu mövsüm onun rəhbərliyi altında 34 oyunda cəmi 36 xal toplayıb və 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin