Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk cavab matçı İngiltərədə baş tutub. Burada “Mançester Siti” Fransa çempionu PSJ ilə üz-üzə gəlib. İlk oyunda rəqibinə səfərdə qalib gəlmiş mançesterlilər bu üstünlüyü doğma meydanda qorumağa çalışacaqlar.
Qeyd edək ki, digər yarımfinal oyunu sabah “Real” (İspaniya) ilə “Çelsi” (İngiltərə) arasında baş tutacaq.
UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
4 may
23:00. Mançester Siti – PSJ 2:0
Baş hakim: Byörn Kuypers (Niderland).
Mançester. “Etihad” stadionu.
İlk oyun – 2:1.