İspaniya çempionatı: "Sevilya" doğma meydanda uduzdu

11:02 4 May 2021

İspaniya La Liqasında 34-cü tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə 1 matç keçirilib. "Sevilya" "Atletik"i qəbul edib və 0:1 hesabı ilə uduzub. Bu nəticədən sonra "Sevilya" 70 xalla 4-cü, "Atletik" 45 xalla 9-cudur. Turnir cədvəlinə 76 xalla "Atletiko" başçılıq edir. "Real" 74 xalla 2-ci, "Barselona" eyni xalla 3-cüdür.

 

"Sevilya" - "Atletik" (Bilbao) - 0:1
Qol: Viliams, 90


Xəbər xətti