Bu mövsüm A seriyasını tərk edəcək ikinci klub müəyyənləşib.
Sportarena.az xəbər verir ki, bu, "Parma"dır. Komandanın 34-cü turda "Torino"ya 0:1 hesablı məğlubiyyətindən sonra elitanı tərk edəcəyi dəqiqləşib. Belə ki, turnirin bitməsinə 4 tur qalmış "Parma" 17-ci pillədə qərarlaşan "Kalyari" ilə xal fərqini 12-ə çatdırıb. Komanda şəxsi görüşlərin nəticələrində "Kalyari"yə uduzduğu üçün son turlarda qələbə qazansa belə, A seriyasında qala bilməyəcək.
Qeyd edək ki, bundan əvvəl "Krotone"nin elitanı tərk edəcəyi dəqiqləşib.