“Qarabağ”la “Zirə”dən heç-heçə, “Sabah”dan qələbə - YENİLƏNİB

22:18 4 May 2021

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçiriləcək. "Qarabağ" doğma meydanda "Zirə" ilə qarşılaşacaq. Görüşə saat 18:00-da start veriləcək. Turun son qarşılaşmasında isə Azərbaycan kubokunun finalçısı "Sumqayıt" "Sabah"ı qəbul edəcək. Oyun saat 20:15-də başlayacaq.

 

4 may (çərşənbə axşamı)

18:00. “Qarabağ” – “Zirə”  1:1
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Səbuhi Bayramov
“Azersun Arena”

 

20:15. “Sumqayıt” – “Sabah”  0:2
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Elçin Məsiyev
“Kapital Bank Arena” 


Digər xəbərlər

Xəbər xətti