“Mançester Siti” - PSJ matçının ən yaxşısı açıqlandı

13:01 5 May 2021

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən “Mançester Siti” (İngiltərə) – PSJ (Fransa) matçının (2:0) ən yaxşı futbolçusu məlum olub.

 

Sportarena.az xəbər verir ki, bu, “Mançester Siti”nin müdafiəçisi Ruben Diasdır. Portuqaliyalı futbolçu PSJ ilə matçda əsas heyətdə meydana çıxıb və sona qədər mübarizə aparıb.

 

“Mançester Siti” PSJ-ni hər iki oyunda da məğlub edərək (2:0, 2:1), Çempionlar Liqasında finala yüksəlib. 


Digər xəbərlər

Xəbər xətti