“Mançester Siti” Çempionlar Liqasının finalına çıxmaqla yeni rekord müəyyənləşdirib.
Sportarena.az xəbər verir ki, “şəhərlilər” turnirin tarixində həlledici oyuna vəsiqə qazanan 9-cu İngiltərə klubu olub. Bu, ÇL-də rekord sayılır. İndiyədək heç bir ölkənin bu qədər təmsilçisi finala çıxmayıb.
“Mançester Siti”dən əvvəl “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Mançester Yunayted”, “Arsenal”, “Aston Villa”, “Nottinqem Forest” və “Lids” finalda iştirak edib.
Xatırladaq ki, “Siti” PSJ ilə yarımfinalın ilk oyununda 2:1, cavab matçında isə 2:0 hesabı ilə qalib gələrək finala çıxıb.