“Qalatasaray”da prezident seçkiləri təxirə salındı

11:49 6 May 2021

“Qalatasaray”da mayın 22-də keçirilməsi nəzərdə tutulan növbədənkənar prezident seçkisi təxirə salınıb.
 

Sportarena.az xəbər verir ki, buna koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən sərt karantin rejimi səbəb olub. Seçicilərin problemlə üzləşə biləcəyini nəzərə alan klub seçkilərin yeni vaxtının yaxın günlərdə açıqlanacağını bildirib.

 
Prezident seçkisi ötən ilin dekabrında keçirilməli olsa da, eyni səbəbdən təxirə salınıb. 


Digər xəbərlər

Xəbər xətti