Fransanın “Lill” klubunda aprel ayının ən yaxşı futbolcusu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, Türkiyə millisinin hücumçusu Burak Yılmaz Liqa 1 təmsilçisində ayın ən yaxşısı seçilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, azarkeşlər arasında keçirilən sorğu nəticəsində ən yaxşı elan edilb.
Qeyd edək ki, Burak aprel ayında “Lill”in heyətində 4 oyuna çıxıb. 35 yaşlı forvard bu görüşlərdə 3 qola imza atıb.
Türkiyəli futolçu dekabr ayında da bu komandanın ən yaxşısı seçilmişdi.