UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən “Çelsi” (İngiltərə) – “Real” (İspaniya) matçının ən yaxşı futbolçusu məlum olub.
Sportarena.az xəbər verir ki, bu, “Çelsi”nin yarımmüdafiəçi Nqolo Kantedir. Fransalı futbolçu “Real”la matçda həm hücumda, həm də müdafiədə uğurlu oyun sərgiləyib.
“Çelsi” iki oyunun nəticəsində görə “Real”ı mübarizədən kənarlaşdırıb (2:0, ilk oyun 1:1). “Zadəganlar”ın finaldakı rəqibi “Mançester Siti” olacaq.