“Çelsi”nin baş məşqçisi Tomas Tuxel UEFA Çempionlar Liqasında yeni uğura imza atıb.
Sportarena.az xəbər verir ki, 47 yaşlı alman mütəxəssis fərqli komandalarla ÇL-də ardıcıl iki dəfə finala yüksələn ilk baş məşqçiyə çevrilib. Onun çalışdırdığı “Çelsi” ötən gün yarımfinal mərhələsi çərçivəsində qarşılaşdığı İspaniya “Real”ına 2:0 hesabıyla qalib gəlib. İngiltərə təmsilçisi səfərdə 1:1 hesablı heç-heçəyə nail olduğundan, həlledici oyunda iştirak hüququ qazanıb.
Tomas Tuxel ötən mövsüm də Fransanın PSJ klubunu ÇL-in finalına çıxarmışdı. Onun rəhbərlik etdiyi komanda həlledici matçda Almaniyanın “Bavariya” komandasına 0:1 hesabı ilə uduzub.