“Rəqib qələbəyə layiq idi. Mübarizə apardıq, ancaq ən güclü qazandı. Meydana daxil olan bütün oyunçular fiziki cəhətdən matça hazır idilər. Futbolçularımla qürur duyuram, əllərindən gələni etdilər. Bu mərhələyə kimi çatmışdıq, finala bir addım qalmışdı. "Çelsi" əla oynadı. Onları təbrik edirəm".
Sportarena.az xəbər verir ki, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının yarımfinalında "Çelsi"yə 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları cavab oyunundan sonra deyib.
O, turnirdə mübarizəni dayandırdıqları üçün məyus olduqlarını bildirib: "Şanslarımız çox deyildi. Çempionlar Liqasının yarımfinalında məğlub olanda xoşbəxt qala bilməzsən. Bu, normal reaksiyadır. Bu çətin anı geridə qoymalıyıq. İstirahət edib, La Liqa haqda düşünməliyik".