"Qalatasaray"ın prezidenti namizədliyini geri götürdü

11:20 7 May 2021

“Qalatasaray”n prezidenti Mustafa Cengiz qarşıdan gələn seçkilərdə namizəd olmayacağını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, o, sosial şəbəkə hesabındakı paylaşımında növbədənkənar prezident seçkilərində namizəd olmamaq qərarını verdiyini bildirib.72 yaşlı funksioner 2018-ci ildən "Qalatasaray"a rəhbərlik edir.

 

Qeyd edək ki, “Qalatasaray”da növbədənkənar seçkilər mayın 22-nə təyin olunsa da, pandemiya səbəbindən təxirə salınıb. Seçkilərin iyun ayında keçiriləcəyi gözlənilir.


Digər xəbərlər

Xəbər xətti