Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu məlum olub.
Sportarena.az xəbər verir ki, “Mançester Siti”nin yarımmüdafiəçisi Riyad Mahrez həftənin ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Mahrez komandasının Fransanın PSJ klubu üzərində 2:0 hesablı qələbə qazandığı oyunda dublla yadda qalıb.