Araz Abdullayev dubl etdi, "Boluspor" qalib gəldi

11:45 8 May 2021

Futbol üzrə Türkiyə 1-ci liqasında 34-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Əskişəhərspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:0.

 

Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının iki qolunu da Abdullayev vurub. O, 17 və 56-cı dəqiqələrdə fərqlənib.

 

34 oyundan sonra hesabında 42 xalı olan “Boluspor” 18 kollektiv arasında 12-ci pillədə qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti