AFFA-nın icraçı vitse-prezidenti Britaniya səfiri ilə görüşdü

16:27 8 May 2021

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla Böyük Britaniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp arasında Bakı Olimpiya Stadionunda görüş keçirilib.
 

Sportarena.az xəbər verir ki, görüş zamanı AVRO-2020-nin oyunları zamanı ölkəmizə səfəri nəzərdə tutulan Uels milli komandasının azarkeşləri ilə bağlı təşkilati məsələlər müzakirə olunub. Sonra Ceyms Şarp Bakı Olimpiya Stadionunda AVRO-2020-nin rəsmi maskotu “Skillzy” ilə şəkil şəkdirib. 


Digər xəbərlər

Xəbər xətti