Olimpiya çempionumuz lisenziya qazana bilmədi

19:30 8 May 2021

Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə Avropa Təsnifat Turniri davam edir.

 

Sportarena.az xəbər verir ki, Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda bu gün daha bir idmançımız mübarizə aparıb. Kişilərin yarışında dayanq üzərinə çıxan Radik İsayev Olimpiadaya lisenziyanı qazana bilməyib. 

 

+ 80 kq çəkidə qüvvəsini sınayan və ilk mərhələdən azad olan İsayev 1/4 finalda serbiyalı Miloş Qoluboviçlə (Serbiya) qarşılaşıb. Görüş 20:10 hesabı ilə idmançımızın xeyrinə başa çatıb. Taekvondoçumuz yarımfinalda Deyan Georgiyevski ilə qarşılaşıb. 6:13 hesabıyla uduzan olimpiya çempionumuz Tokio Olimpiadasına lisenziya qazana bilməyib.     


Digər xəbərlər

Xəbər xətti