Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib.
Sportarena.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. Açılış oyunu “Keşlə” ilə “Sumqayıt” arasında baş tutub. Sumqayıtlılar avrokuboklara vəsiqə uğrunda mübarizə aparırsa, paytaxt təmsilçisi sonuncu pillədə qərarlaşıb. Lakin hər iki komanda kubokun finalına çıxdığından, bu oyuna xüsusi maraq vardı. Qarşılaşmanın taleyini bir qol həll edib. Minimal hesabla qalib gələn "Sumqayıt" rəqibini sonuncu pillədə saxlayıb və kubokun finalı öncəsi psixoloji üstünlük qazanıb.
Günün digər matçında “Neftçi” səfərdə “Səbail”lə üz-üzə gəlib. “Ağ-qaralar” çempionluq mübarizəsini davam etdirmək üçün bu oyunda mütləq qələbə qazanmalıydı. Sözügedən komanda buna darmadağınla nail olub.
Turun qalan iki oyunu sabah keçiriləcək. “Zirə” “Qəbələ”ni, “Sabah” “Qarabağ”ı qəbul edəcək.
Azərbaycan Premyer Liqası
26-cı tur
8 may
“Keşlə” – “Sumqayıt” - 0:1
Qol: R.Sadıxov, 78-pen.
“ASK Arena”. Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı.
“Səbail” – “Neftçi” 0:4
Qol: V.Stankoviç, 13. Y.Laval, 62. K.Honda, 72. N.Ələsgərov, 79-pen.
“ASCO Arena”Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, İnqilab Məmmədov