Yunan-Roma güləşçimiz Rafiq Hüseynov Olimpiadaya lisenziya qazandı

Sportarena.az      9 May 2021 , 01:14

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.

 

Sportarena.az Xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançımız bu mərhələdə Viktor Nemesə (Serbiya) 4:1 hesabı ilə qalib gələrək finala çıxıb. Bununla da, o, Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib.

 

Qeyd edək ki, bu, Azərbaycanın yunan-Roma güləşində 2-ci lisenziyası olub. Daha əvvəl İslam Abbasov (87 kq) martda Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa Təsnifat turnirində olimpiadaya qatılmaq hüququ əldə edib. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin