"Qarabağ" bütün komponentlərdə üstün idi" - Ramin Quliyev

00:58 10 May 2021

Azərbaycan Premyer Liqasında XXVI turun "Sabah" - "Qarabağ" (0:4) oyunundan sonra təşkil edilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Ramin Quliyev jurnalistlərin suallarını cavablandırıb.
 

Sportarena.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
 

- Rəqibi təbrik edirəm. Çox danışmayacam, "Qarabağ" bütün komponentlərdə üstün idi və layiqli qələbə qazandı.

 

- Ötən tur "Sumqayıt" üzərində qələbədən sonra bu oyunda fərqli müdafiə xətti qurmuşduz...
- Ruslan Abışov dünən məşqdən sonra özünü yaxşı hiss etmirdi. Ona görə onu heyətdən çıxardıq. Əlimizdə olan heyətdən maksimum istifadə etdik.

 

- Bu gün komandada istək yox idi. "Neftçi"nin baş məşqçisi Samir Abasov sizinlə oyundan sonra demişdi ki, onlara qarşı komandalar daha çox güc sərf edir. Nə deyə bilərsiz bu haqda?
- İlk hissədən sonra da uşaqlara dedim ki, döyüşsüz məğlub olduq. Ola bilər ki, hardasa səhvlər etdik, boşluqlar verdik. Oyunu əks-hücumlar üzərində qurmuşduq. Bu gün əzmkarlıq və istək aşağı səviyyədə idi. Məğlub olanda da məğlubiyyəti həzm etmək lazımdı. Bu gün mən bunu qəbul edirəm.

 

- Bugünkü məğlubiyyət sizin komandadakı gələcəyinizə təsir edə bilər?
- Mən bu haqda nəsə deyə bilmərəm. İstəyərəm ki, qalım, ancaq bu, rəhbərliyin qərarıdır.

 

- Növbəti iki oyuna komandanı hazırlamaq çətin olmayacaq?
- Bizim maksimum tutacağımız yer 5-ci yer ola bilər. Bir çox futbolçuların müqaviləsi bitir. Bu oyunlar onlar üçün stimul ola bilər. Bu baxımdan matçlar həm onlar, həm də bizim üçün vacibdi.

 

- Təmkin Xəlilzadənin "Neftçi" ilə razılaşdığı deyilir. Bu haqda nə deyə bilərsiz?
- Mən də bunu mətbuatdan oxumuşam. O, hazırda bizim futbolçumuzdu və mövsümün sonuna qədər vaxt var. Danışıb-danışmaması söhbətləri xoşagəlməzdi. Bu haqda dəqiq məlumatım yoxdu. Mətbuatda yazılanların həqiqət olub-olmamasından xəbərsizəm. 


Digər xəbərlər

Xəbər xətti