Azərbaycanlı futbolçuların komandası mövsümü məğlubiyyətlə bitirdi

11:00 10 May 2021

Futbol üzrə Ukrayna Premyer Liqasında 2020/21 mövsümünə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi “Minay” da növbəti matçına çıxıb. Sözügedən komanda 26-cı tur çərçivəsində doğma meydanda Poltava “Vorskla”sı ilə qarşılaşıb. “Minay” bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 

Aldığı ağır zədə səbəbindən mövsümü erkən başa vuran Nuriyev bu görüşün iştirakçısı olmayıb. Rüstəm isə start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib. O, 60-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

 

“Minay” 26 oyuna topladığı 18 xalla 14 kollektiv arasında sonuncu yeri tutub. Bu komanda növbəti mövsümdən aşağı liqada mübarizə aparmalı olacaq.


Digər xəbərlər

Xəbər xətti