Türkiyə Superliqasına vəsiqə qazanan iki klubun adı məlum olub

11:20 10 May 2021

Yeni mövsümdən Türkiyə Superliqasında oynamaq hüququ qazanacaq üç klubdan ikisi artıq müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, bu, 1-ci liqada son turun oyunları başa çatdıqdan sonra bəlli olub. "Adana Demirspor" turniri 1-ci, "Giresunspor" 2-ci pillədə tamamlayaraq elitaya vəsiqə qazanıb. Hər iki komanda eyni - 70 xal toplasa da, əlavə göstəricilərdə Adana təmsilçisi üstün olub.

 

Beləliklə, "Adana Demirspor" 26 ildən, "Giresunspor" isə 44 ildən sonra ilk dəfə yüksək liqada oynayacaqlar.

 

Qeyd edək ki, Superliqaya vəsiqə uğrunda son yer üçün "İstanbulspor", "Altay", "Altınordu" və "Samsunspor" pley-off-da mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti