İtaliya çempionatı: “Milan” “Yuventus”u səfərdə darmadağın etdi - VİDEO

11:29 10 May 2021

İtaliya A seriyasında 35-ci turun sonuncu oyunu keçirilib.

 

Sportarena.az xəbər verir ki, "Yuventus" doğma meydanda "Milan"la qarşılaşıb. Matç qonaq komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra "Milan" 72 xalla 3-cü pilləyə yüksəlib, "Yuventus" isə  69 xalla 5-ci pilləyə düşərək Çempionlar Liqası bölgəsindən kənarlaşdırılb. Çempionluğu rəsmiləşdirən "İnter"in 85, 2-ci pillədə olan "Atalanta"nın isə 72 xalı var.

 

"Yuventus" - "Milan" - 0:3
Qollar: Dias, 45+1, Rebiç, 78, Tomori, 82 

 

 


Xəbər xətti